Bank Of Baku

Göyçayda müəlliməyə əl qaldıran direktor işdən azad edilib

Göyçayda müəlliməyə əl qaldıran direktor işdən azad edilib
# 29 oktyabr 2010 13:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın Göyçay rayonunun Qarabaqqal kənd orta məktəbində direktorla müəllimə arasında insident baş verib. APA-nın xəbərinə görə, məktəb direktoru Hacıbala Çərkəzov məktəbin xarici dil müəlliməsi Sevda Çərkəzovaya işə vaxtlı-vaxtında gəlməməklə bağlı irad bildirib. Bu zaman onların arasında mübahisə olub və direktor müəlliməni sillə ilə vurub.
Göyçay rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, bununla bağlı müəllimə və hadisə şahidləri Prokurorluğa şikayət ediblər. Faktla bağlı Prokurorluqda araşdırma aparılır.

H. Çərkəzov Göyçay rayon Təhsil Şöbəsi müdirinin əmri ilə vəzifəsindən azad edilib.

Məlumata görə, zərərçəkən müəllimə işdən azad olunan direktorun qohumudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR