Bank Of Baku

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub

Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası olub
# 29 oktyabr 2010 20:58 (UTC +04:00)
Bakı-APA. Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.
İclasda 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin müraciəti əsasında 1997-ci il 18 fevral tarixli “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasının şərh olunmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin birinci hissəsinin yeddinci abzasında nəzərdə tutulan sığortaedənin fəaliyyət dövrü sığortaedənin bütün fəaliyyət dövrünü deyil, həmin abzasda göstərilən pozuntuya yol verildiyi dövrü ehtiva edir.
Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR