Bank Of Baku

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 16% azalıb

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 16% azalıb
# 30 oktyabr 2010 07:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Bu ilin centyabr ayı ərzində Bakı Metropolitenindən 14 mln. sərnişin istifadə edib ki, avqust ayı ilə müqayisədə bu göstərici 21,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk doqquz ayı ərzində isə metrodan 132 mln. və ya ötən ilin analoji dövrü ilə müqayisədə 15,7% az sərnişin istifadə edib.

Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 22 stansiyası və 1 deposu var.

Xatırladaq ki, 2009-cu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR