Bank Of Baku

Bakıda «XXI əsrdə MDB və ŞOS arasında dillərin və mədəniyyətlərin dialoqu» adlı Beynəlxalq forum keçiriləcək

Bakıda «XXI əsrdə MDB və ŞOS arasında dillərin və mədəniyyətlərin dialoqu» adlı Beynəlxalq forum keçiriləcək
# 30 oktyabr 2010 08:21 (UTC +04:00)
APA-nın MDB İcraiyyə Komitəsinin Mətbuat Xidmətinə istinadən məlumatına görə, Bakı Slavyan Universitetində keçiriləcək tədbir MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi və Moskva Dövlət Linqvistika Universitetinin təşkilatçılığı ilə baş tutacaq.
MDB-nin yaranmasının 20 illiyinə həsr olunmuş forum plenar və sessiya iclasları formasında reallaşacaq. Plenar iclasda MDB-nin icra katibi Sergey Lebedyev çıxış edəcək. Sessiyalarda MDB və ŞOS ölkələrinin humanitar məkanında siyasi, hüquqi, iqtisadi, sosial və mədəni aspektlər mövzusunda müzakirələr aparılacaq. Forum çərçivəsində sərgi və dəyirmi masa da keçiriləcək.
Forumda tanınmış siyasi xadimlər, elm ocaqlarının təmsilçiləri, parlament üzvləri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR