Bank Of Baku

Gəncə və Şəmkirdə keçirilən reydlər zamanı satışda olan mobil telefonların əksəriyyətinin sertifikatlarının olmadığı aşkarlanıb

Gəncə və Şəmkirdə keçirilən reydlər zamanı satışda olan mobil telefonların əksəriyyətinin sertifikatlarının olmadığı aşkarlanıb
# 30 oktyabr 2010 09:24 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Dövlət İdarəsi əməkdaşları mobil telefon bazarında telefonların standartın tələblərinə cavab verib-verməməsi ilə əlaqədar Gəncə və Şəmkir şəhərlərində reyd keçirib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, aparılan reydlər zamanı satılan mobil telefonların əksəriyyətinin sertifikatlarının olmadığı aşkar edilib. Mobil telefon bazarında satılan telefonların əksəriyyəti isə standartın tələb və normalarına cavab vermir. Səbəb isə ölkə ərazisinə müəyyən yollarla gətirilən telefonların məcburi sertifikatlaşdırılmasının aparılmamasıdır.

Reydlər zamanı həmçinin mağazalarda satışa çıxarılan Çin istehsalı olan telefonların nə mənşəyini, nə uyğunluğunu, nədə ki, gigiyenik qaydalarını təsdiq edən sənədlərin olmadığı aşkarlanıb.

Aparılan reyd zamanı sertifikatı və mənşəyi bəlli olmayan mobil telefonların satışını həyata keçirən sahibkarlıq subyektləri İnzibati Xətalar məcəlləsinin müvafiq maddələri ilə cərimələniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR