Bank Of Baku

Dövlət Statistika Komitəsi: Azərbaycanda bu il 56 min yeni iş yeri açılıb

Dövlət Statistika Komitəsi: Azərbaycanda bu il 56 min yeni iş yeri açılıb
# 19 noyabr 2010 09:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 55 983 yeni, o cümlədən 41 032 daimi iş yerləri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin yanvarın 1-dən 2010-cu ilin oktyabrın 1-dək 129 596, o cümlədən 95 547 daimi iş yerləri yaradılıb.

Daimi iş yerlərinin 13,7%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 22,2%-i mövcud müəssisə və təşkilatlarda, 0,8%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 63,3%-i isə fiziki şəxslər tərəfindən yaradılıb. Yeni iş yerlərinin 77,1%-i regionlarda açılıb ki, 19,1%-i Aran, 13,6%-i Gəncə-Qazax, 7,2%-i Quba-Xaçmaz, 7%-i Lənkəran, 6%-i Şəki-Zaqatala, 5,1%-i Naxçıvan iqtisadi rayonlarının payına düşüb.

Cari ilin doqquz ayında iş yerlərinin 90,6%-i qeyri-dövlət sektorunda, mütləq əksəriyyəti isə qeyri-neft sektorunda yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR