Bank Of Baku

Azərbaycan və Livanın gənclər və idman nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Azərbaycan və Livanın gənclər və idman nazirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
# 19 noyabr 2010 10:27 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Noyabrın 18-də Azərbaycana səfərə gələn Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşüb. APA-nın məlumatına görə, A. Rəhimov qonağa əvvəlcə Azərbaycanda Gənclər və idman Nazirliyinin yaranma tarixi, Azərbaycanın idmançılarının Pekin və Sinqapur olimpiya oyunlarında qazandıqları uğurlar barədə məlumat verib. O bildirib ki, Azərbaycanda müxtəlif nazirlər həm də müxtəlif idman federasiyalarına rəhbərlik edirlər.

Nazir deyib ki, Azərbaycanda artıq 28 idman kompleksi istismara verilib, 11 kompleks isə hələ inşa edilməkdədir. Kayak və kanoye idman növü üçün yeni Kür İdman Mərkəzi tikilib. A. Rəhimov ölkə prezidentinin tapşırığı ilə tikilən bu mərkəzin idmançılar üçün əhəmiyyətli olacağını söyləyib. Nazir əlavə edib ki, hazırda Azərbaycanda qeydiyyatdan keçən 80 idman federasiyası var.

A. Rəhimov Azərbaycanda gənclər sahəsində rəsmi qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının sayının 200-ü ötdüyünü açıqlayıb.

Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah isə qeyd edib ki, ölkəsində Gənclər və İdman Nazirliyi 2000-ci ildə yaradılıb: “Təəssüf ki, bu vaxta qədər gənclərə etinasız yanaşılırdı. Onlara dövlət tərəfindən diqqət göstərilmirdi”.

Görüş daha sonra daha sonra KİV nümayəndələrinin iştirakı olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR