Bank Of Baku

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus dili müəllimləri üçün seminar keçirilir

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus dili müəllimləri üçün seminar keçirilir
# 19 noyabr 2010 11:13 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Azərbaycandakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində rus dili müəllimləri üçün səyyar seminar başlayıb. APA-nın məlumatına görə, seminarın açılışında çıxış edən mərkəzin direktoru Ənvər Şeyxov bildirib ki, seminar Rusiyanın Elm və Təhsil Nazirliyi, “Rossotrudniçestvo” agentliyi və “Təhsilin keyfiyyətinin qiymətləndirilməsi” cəmiyyəti tərəfindən təşkil olunub. Seminarın başlanması ilə mərkəzdə tədris-metodik kabinetin də açılışı olub. Seminarda iştirak edən və testlərdən uğurla keçən müəllimlərə sertifikat veriləcək.

Layihənin rəhbəri Sergey Bulanov deyib ki, seminar çərçivəsində tematik məruzələr dinləniləcək, açıq və praktik dərslər keçiriləcək, yeni təhsil-metodik və elmi ədəbiyyatın təqdimatı olacaq, tədris prosesində internet resurslarından istifadə yolları öyrədiləcək.

Seminarda 20 müəllim iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR