Bank Of Baku

AMEA prezidenti: “Gənc alimlərlə bağlı xüsusi dövlət proqramın hazırlanmasına ehtiyac var”

AMEA prezidenti: “Gənc alimlərlə bağlı xüsusi dövlət proqramın hazırlanmasına ehtiyac var”
# 19 noyabr 2010 11:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Gənclər Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkasının rəsmi açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, ölkənin iqtisadi inkişafı yaxın vaxtlarda gənc elm adamların daha intensiv fəaliyyət göstərmələrinə imkan yaradacaq: “Ölkə prezidentinin sərəncamı ilə 2009-2015-ci illərdə Elmin İnkişafı üzrə Milli Strategiya və onun həyata keçirilməsi üzrə Dövlət Proqramı qəbul edilib. Ümid edirəm ki bu sənədlərin icrasından sonra biz elm sahəsində irəliləyişlərin olmasının şahidi olacağıq”.

M. Kərimov deyib ki, hazırda əsas məsələlərdən biri də gənc alimlərin xarici ölkələrin nüfuzlu elmi mərkəzlərdə hazırlığına diqqəti artırmaqdır. AMEA prezidentinin sözlərinə görə, gənc alimlərə bununla bağlı yaxşı imkanlar yaradılıbb: “Ölkə prezidenti 2009-cu ildə AMEA-nın gənc alimlərinin Avropanın nüfuzlu elmi mərkəzlərində doktorantura pilləsində təhsillərini davam etdirmək üçün sərəncam imzalayıb. Bu yaxınlarda AMEA-nın Rəyasət Heyətində Avropanın nüfuzlu məktəblərində doktorantura təhsili almaları haqqında əsasnamənin təsdiqi ilə bağlı qərar qəbul edilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR