Bank Of Baku

Hər il dünyada yol-nəqliyyat hadisələri nəticəsində 1,3 milyon adam ölür

Hər il dünyada yol-nəqliyyat hadisələri nəticəsində 1,3 milyon adam ölür
# 19 noyabr 2010 11:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. BMT baş katibi Ban Ki Mun yol-nəqliyyat qəzalarının qurbanlarının Ümumdünya Anma Günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. BMT-nin Azərbaycandakı daimi nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə hər il dünya ölkələrinin küçə və şoselərində 1,3 milyon insanın həyatını itirdiyi bildirilib: “Bir çox faciənin qarşısı təkcə fərdlər və ailələrə deyil, bütövlükdə cəmiyyətə fayda verən bir sıra sınanmış, sadə tədbirlər görməklə alına bilər. Mən üzv dövlətləri, beynəlxalq agentlikləri, vətəndaş cəmiyyəti təşkilatlarını, biznes və icma liderlərini bu dekadanın real müsbət dəyişikliklərə aparmasını təmin etməyə çağırıram. Bu istiqamətdə atılan addım olaraq hökumətlər 11 may 2011-ci il bütün dünyada “Yol Təhlükəsizliyi üçün Fəaliyyət Dekadası”na start verildiyi zaman bu istiqamətdə milli planlarını təqdim etməlidir”.

Müraciətdə qeyd olunub ki, BMT-nin yol təhlükəsizliyi üzrə əməkdaşlıq qrupu tezliklə dekada üçün yolları və maşınları daha təhlükəsiz etmək, sürücü və piyadaların davranışını yaxşılaşdırmaq və qəza xidmətini genişləndirmək üçün tədbirlərin görülməsinə səsləyən qlobal planını təqdim edəcək. BMT baş katibi artıq təşkilatın bütün işçilərinə və BMT avtomobillərinin sürücülərinə təhlükəsizlik kəmərlərini bağlamaq, sürət limitinə əməl etmək, həmçinin mobil telefon və digər diqqəti yayındıran vasitələrdən istifadə etməmək barədə təlimatların əks olunduğu direktiv göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR