Bank Of Baku

İstirahət günlərində Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti

İstirahət günlərində Azərbaycan ərazisində proqnozlaşdırılan hava şəraiti
# 19 noyabr 2010 13:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya bildirib ki, günün birinci yarısında bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 15-17, axşam 11-13 dərəcə isti olacaq.

Noyabrın 20-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 9-12, gündüz 15-17 dərəcə isti olacaq.

Noyabrın 21-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam yarımadanın bəzi yerlərində çiskinli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, Lənkəran-Astara zonasında az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 4-8, gündüz 11-16, dağlarda gecə 4-7, gündüz 10-15 dərəcə isti olacaq.

Noyabrın 21-22-də hava, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, noyabrın 22-də az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Gecə 4-9, gündüz 11-16, dağlarda gecə 3-7, gündüz 9-14 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR