Bank Of Baku

Azərbaycan əcnəbi işçilər üçün gələn ilin kvotasını azaldıb

Azərbaycan əcnəbi işçilər üçün gələn ilin kvotasını azaldıb
# 19 noyabr 2010 14:05 (UTC +04:00)
Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş 8600 əcnəbi çalışır. Bu il xaricilər üçün kvotanın 10700 nəfər olduğunu nəzərə alanda, bu kvota üzrə 2100 yer boş qalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Miqrasiya İdarəsinin rəisi Rauf Tağıyevin «APA-Economics»ə verdiyi məlumata görə, artıq Nazirlər Kabinetinin qərarı ilə yaradılmış müvafiq komissiya 2011-ci il üçün də kvotanın layihəsini müəyyənləşdirərək hökumətə təqdim edib. Gələn il üçün kvota layihəsi hazırlananda bu ilki vəziyyət nəzərə alınıb. Nəticədə, gələn il üçün kvotanın həcmi bu ilkindən az müəyyənləşdirilib. Layihəyə əsasən, gələn il Azərbaycanda 9850 nəfər əcnəbinin işləməsinə icazə veriləcək.

Bu il olduğu kimi 2011-ci ildə də kvota müxtəlif iqtisadi fəaliyyət növləri üzrə müəyyənləşib. Bu ilin kvotası tam dolmuş sahələrdən biri topdansatış fəaliyyət növüdür. R.Tağıyevin sözlərinə görə, bunu nəzərə alaraq, 2011-ci ildə bu sahə üzrə kvota bir qədər artırılıb: «Artım cüzi olub. Çünki hesab edirik ki, bu sahədə Azərbaycan vətəndaşları da fəaliyyət göstərə bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR