Bank Of Baku

Qarabağ bölgəsində də bahalaşma müşahidə olunur

Qarabağ bölgəsində də bahalaşma müşahidə olunur
# 19 noyabr 2010 14:16 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu - APA. Azərbaycanın Qarabağ bölgəsində ərzaq mallarının durmadan bahalaşması müşahidə olunur.

APA-nın Qarabağ bürosunun məlumatına görə, qənd, şəkər tozu və bu qəbildən olan ərzaq mallarının qiymətində 10%, unun qiymətində 25%, un məmulatlarının qiymətində isə 15-20% artım qeydə alınıb.

Əvvəllər 50 kq-lıq un kisəsi növündən asılı olaraq 18-19 manata satıldığı halda, hazırda bir kisə unu 24-26 manata almaq olar. Son qiymət dəyişikliyi bəzi çörək növlərinin də bahalaşmasına səbəb olub. Təxminən 1 həftə əvvəl 0,25 manata satılan zavod çörəyi son günlər 0,30 manata satılır. Yerli istehsalçıların sözlərinə görə, qiymətdəki artım çörəyin kütləsinə təsir göstərməyib.

Ətin qiymətində dəyişiklik müşahidə olunmasa da, ət məhsullarının da bahalaşdığı diqqət çəkir. Spirtli içkilərin, bir çox növdən olan şirələrin də qiymətlərində cüzi bahalaşma mövcuddur. Hələ ki, dəyişikliyə məruz qalmayan qiymət yalnız tütün məmulatlarına aiddir. Sənaye, geyim və məişət mallarının da qiymətlərində bahalaşma müşahidə olunmaqdadır.

Yerli ticarətçilər APA-nın Qarabağ bürosuna bildiriblər ki, satışa çıxarılan malları böyük istehsal müəssisələri və satış mərkəzlərindən aldıqları üçün qiyməti də onlar təyin edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR