Bank Of Baku

QHT-lərin Antikorrupsiya Şəbəkəsinin ekspertləri 14-cü Beynəlxalq Antikorrupsiya Konfransında iştirak edib

QHT-lərin Antikorrupsiya Şəbəkəsinin ekspertləri 14-cü Beynəlxalq Antikorrupsiya Konfransında iştirak edib
# 19 noyabr 2010 15:00 (UTC +04:00)
Bakı-APA. Korrupsiyaya qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin üzvləri Əliməmməd Nuriyev, Sahib Məmmədov və Samir Əlibəyov Tailandın Bankok şəhərində keçirilən 14-cü Beynəlxalq Antikorrupsiya Konfransında (İACC) iştirak edib. Qurumdan APA-ya verilən xəbərə görə, konfrans antikorrupsiya təşəbbüsləri baxımından dünyanın ən böyük tədbiri hesab edilir və praktik olaraq həmin konfrans dünyanın aparıcı beynəlxalq qurumları tərəfindən dəstəklənir. İki ildən bir keçirilən bu konfransında 135-dən çox ölkədən 1200-ə qədər nümayəndə bir araya gəlib.
Konfransda qlobal şəffaflığa nail olunması üçün beş istiqamətdə - sülh və təhlükəsizlik, təbii resurslar və enerji bazarı, iqlim idarə edilməsi, korporativ sahədə hesabatlılıq və institutlarda etimadın bərpası - müzakirələr aparılıb.
Tailand şahzadəsi Saomsavali tərəfindən açılan konfransda Dünya Bankının icraçı direktoru, Asiya İnkişaf Bankının prezidenti, “Amnesty İnternational” təşkilatının baş katibi və digər tanınmış şəxslər məruzələrlə çıxış ediblər. Müzakirələrin sonunda konfransın yekun bəyannaməsi qəbul edilib.
Dörd günlük müzakirələrdən sonra İACC Şurası bu qənaətə gəlib ki, korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolu kifayət qədər qiymətləndirilmir. Şura tərəfindən həmçinin, BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının hələ də bir çox ölkələr tərəfindən ratifikasiya edilməməsinin təəssüf doğuran hal olduğu vurğulanıb.
İACC şurası, həmçinin iştirakçı dövlətlərə korrupsiyanın bütün formalarının qarşısını almaq üçün siyasi iradənin gücləndirilməsi və iqtisadiyyatın özəl sektorunda şəffaflığın artırılmasına nail olunması istiqamətində fəaliyyət göstərilməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR