Bank Of Baku

Livanın gənclər və idman naziri “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşüb - FOTOSESSİYA

Livanın gənclər və idman naziri “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşüb - <font color=red> FOTOSESSİYA</font>
# 20 noyabr 2010 09:14 (UTC +04:00)
Bakı-APA. Livanın gənclər və idman naziri Ali Husseyin Abdulla və onun başçılıq etdiyi nümayəndə heyəti “İRƏLİ” İctimai Birliyinin idarə heyəti ilə görüşüb. Birliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş “İRƏLİ” İctimai Birliyinin mərkəzi qərargahında keçirilib. Görüşdə “İRƏLİ” İctimai Birliyinin baş katibi Rauf Mərdiyev, Layihələr və korporativ sektorla əlaqələr üzrə katibi Heydər Mirzəyev, Beynəlxalq əlaqələr üzrə katibi İlkiz İskəndərli, İnsan resursları üzrə katibi Elsanə Babaşova və birliyin digər fəalları iştirak ediblər.
Görüşün əsas məqsədi Livan və Azərbaycan gəncləri arasında təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyət, birgə layihələrin təşkili və s. olub. Bundan əlavə ölkələr arasında əldə olunmuş razılığa görə Livan nümayəndə heyətinin Azərbaycana səfərinin və daha sonra Azərbaycan nümayəndə heyətinin də Livana səfərinin təşkil olunması məsələsi müzakirə olunub. Əldə olunmuş razılığa görə təşkil olunacaq fəaliyyətdə “İRƏLİ” İctimai Birliyinin də iştirakı müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR