Bank Of Baku

ARDNŞ-ın könüllü qanvermə aksiyaları yanvarın 8-dək davam edəcək

ARDNŞ-ın könüllü qanvermə aksiyaları yanvarın 8-dək davam edəcək
# 20 noyabr 2010 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun kollektivi könüllü qanvermə aksiyasında iştirak ediblər.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, zavodun bütün şöbə və sexlərini təmsil edən 85 əməkdaşı bu aksiyada fəal iştirak edib və nəticədə xeyli donor qanı əldə edilib. Bu aksiyada iştirak edən zavod işçilərinin sayı ötən ildəkindən 29 nəfər çox olub.

Qeyd edək ki, qanvermə aksiyası ilə bağlı ARDNŞ «Savab Dünyası» Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə əməkdaşlıq edir. Ötən il bu əməkdaşlıq çərçivəsində 3 mindən çox neftçi qanvermə aksiyalarında iştirak edib.

İnstitutla birgə hazırlanmış qrafikə əsasən, sentyabrın 6-dan ARDNŞ-ın müəssisə və təşkilatlarında keçirilən qanvermə aksiyaları növbəti ilin yanvarın 8-ə kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR