Bank Of Baku

Hüseyn Bağırov: “Xəzərdə nərəkimilərin ovlanmasına moratoriumun tətbiqi Azərbaycanda bəzi balıq məhsullarının qiymətinə təsir edə bilər”

Hüseyn Bağırov: “Xəzərdə nərəkimilərin ovlanmasına moratoriumun tətbiqi Azərbaycanda bəzi balıq məhsullarının qiymətinə təsir edə bilər”
# 20 noyabr 2010 10:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib. Nazir əlavə edib ki, qiymət artımı heç də bütün balıq növlərinə aid olmayacaq: “Söhbət nərəkimilərdən gedir. Ona görə də inanmıram ki, qiymət artımı əhali tərəfindən etirazla qarşılansın”.

H. Bağırov moratoriumun tətbiqinin ölkədəki balıq emalı müəssisələrinin fəaliyyətinə də təsir edəcəyini deyib: “Ona görə bu məsələlər də müzakirə olundu. Prezidentlər qərara gəldilər ki, Azərbaycanın da, Xəzəryanı başqa ölkələrin də iqtisadiyyatında bu, o qədər də böyük rol oynamır. Ona görə də Xəzər dənizinin bioresurslarının bərpası naminə müəyyən məhdudiyyətlərə getmək olar”.

Nazir moratoriumun tətbiqinin brakonyerliyə qarşı mübarizənin güclənməsinə kömək edəcəyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR