Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanları qanunsuz olaraq qəfəsdə saxlayanlara tətbiq olunan cərimələrin artırılmasını istəyir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanları qanunsuz olaraq qəfəsdə saxlayanlara tətbiq olunan cərimələrin artırılmasını istəyir
# 20 noyabr 2010 10:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vəhşi heyvanları qanunsuz olaraq qəfəsdə saxlayanlara qarşı cəza tədbirlərinin sərtləşdirilməsi barədə təklifləri müvafiq qurumlara təqdim edib. APA-nın məlumatına görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, təkliflərdə cərimələrin 3-4 min manata qaldırılması, bu hal bir neçə dəfə təkrarlandıqda isə cinayət işi açılması təklif olunub: “Yəni, bu kimi əməlləri edən başa düşməlidir ki, belə etmək olmaz”. Nazir brakonyerlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi ilə bağlı da dəfələrlə təkliflər hazırladıqlarını, lakin bu təkliflərin qəbul olunmadığını deyib: “Razılaşma prosesində təkliflər heç də hamı tərəfindən qəbul olunmur. Son olaraq vəhşi heyvanları qəfəsdə saxlayanlarla bağlı təklif vermişik. İndi görək bu təklif dəstəklənəcəkmi?”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR