Bank Of Baku

Kürdəmirdə təbii fəlakətdən zərər çəkmiş orta məktəbin yeni binası istifadəyə verilib - FOTO

Kürdəmirdə təbii fəlakətdən zərər çəkmiş orta məktəbin yeni binası istifadəyə verilib - <font color=red>FOTO</font>
# 20 noyabr 2010 12:35 (UTC +04:00)
Kürdəmir. Şahnəzər Bəşirov - APA. Bu ilin aprel-may aylarında Kür çayının daşması nəticəsində Kürdəmir rayonunun Carlı kəndində qəzalı vəziyyətə düşən orta məktəb üçün tikilən yeni bina istifadəyə verilib. Məktəbin açılışında Fövqəladə Hallar Nazirliyinin idarə rəisi İbrahim Quliyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov çıxışında Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində rayonun Carlı, Ərəbxana, Mollakənd, Şüşün, Köhüllü, Çöhranlı kəndlərində fərdi yaşayış evlərinə və sosial obyektlərə dəyən ziyanın aradan qaldırılması üçün görülən işlərdən danışıblar. Bildirilib ki, Kürdəmirdə təbii fəlakətdən ziyan çəkən 118 fərdi yaşayış evi, 2 məktəb və 2 tibb məntəqəsi üçün yeni bina tikilərək istifadəyə verilib. Hazırda isə 36 fərdi yaşayış evində təmir-bərpa işləri aparılır.

Həmçinin bildirilib ki, yeni istifadəyə verilən 220 yerlik Carlı kənd orta məktəbinin yerində mövcud olmuş köhnə təhsil ocağının 60 yaşı var idi. Son illər köhnə məktəbdə əsaslı təmir və bərpa işləri aparılmadığı üçün məktəb yararsız hala düşmüşdü və təbii fəlakət nəticəsində bina tamamilə dağılmışdı. Yeni məktəb binası isə müasir üslubda inşa olunub və lazımi maddi-texniki baza ilə təchiz edilib. Təhsil ocağının qazanxanası, idman zalı, yeməkxanası, laboratoriyası və fənn kabinetləri var. Tədbirdə məktəb direktoru, müəllim və şagirdlərin, kənd ağsaqqallarının təbriki, xeyir-duası dinlənilib, binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilib və qonaqlar məktəbdə tədris üçün yaradılan şəraitlə tanışlıq olublar.

Sonra isə təbii fəlakətdən ziyan çəkən Carlı kəndinin 3 sakini üçün inşa edilmiş yeni yaşayış evlərinə baxış keçirilib, orada yaradılan şəraitlə tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR