Bank Of Baku

Azərbaycanda ekoloji marafon keçiriləcək

Azərbaycanda ekoloji marafon keçiriləcək
# 20 noyabr 2010 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda ilk dəfə olaraq 2010-cu ilin dekabrından gələn ilin martına qədər I Bakı Ekoloji Marafonu keçiriləcək.

Tədbirin təşkilat komitəsindən APA-ya verilən məlumata görə, bir qrup gəncin təşəbbüsü və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2010-cu ilin dekabrından 2011-ci ilin martına qədər I Bakı Ekoloji Marafonu keçiriləcək. Marafonun keçirilməsində məqsəd müxtəlif yaşda olan insanlar arasında sağlam həyat tərzini təbliğ etmək və ekoloji maarifləndirmə aparmaqdır.

Həmçinin şeir, rəsm (professional və həvəskarlar arasında), plakat, “Ekologiya və mən” mövzularında şüarların müsabiqələrinin keçirilməsi planlaşdırılır. Müsabiqədə yaş həddi yoxdur. Marafon çərçivəsində “İdman və ekologiya” adlı küçə idman yürüşü də keçiriləcək. Bu idman yürüşündə 10 yaşından yuxarı həm professional idmançılar, həm də həvəskarlar iştirak edə bilərlər.

Məlumatda o da qeyd olunub ki, marafonunun birinci etapının keçirilməsi çərçivəsində materialları dekabrın 8-dən 25-nə kimi [email protected] elektron ünvanına göndərmək olar. Tədbir haqqında məlumatları (055) 8285624, (055) 5701934, (012) 4771758 telefon nömrələrinə zəng edərək əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR