Bank Of Baku

Ağdamda məcburi köçkünlərin yeni evlərə köçürülməsinə başlanılıb

Ağdamda məcburi köçkünlərin yeni evlərə köçürülməsinə başlanılıb
# 21 noyabr 2010 12:53 (UTC +04:00)
Prosesə Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin şöbə müdiri Elman İsmayılov və komitənin digər əməkdaşları nəzarət edir. Köçürülmə Ağdam Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Vaxtilə «Fin evlər» şəhərciyində qeydiyyatda olmuş, amma sonradan başqa yerlərdə yaşamış köçkünlərin evlə təmin olunmaması narazılığa səbəb olub. Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları APA-nın Qarabağ bürosuna bildiriblər ki, yeni qəsəbənin inşasından əvvəl «Fin evlər» köçkün şəhərciyində yaşayan ailələr siyahıya alınıb və bu sənədə əsasən tələb olunan sayda ev tikilib. Narazılıqların səslənməsinə heç bir əsas yoxdur: «Komitənin əməkdaşları bu ilin əvvəlində «Fin evlər»də siyahıyaalma apardılar və burda real yaşayış olan evlərin sayını müəyyənləşdi. Yeni qəsəbə də, həmin vaxt hazırlanmış akta uyğun olaraq salınıb. İndi kimlərsə kənardan gəlib ev almaq istəyir, bu o demək deyil ki, bu adamlara ev verilməlidir».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR