Bank Of Baku

Azərbaycanda iqtisadiyyatda məşğul əhalinin sayı 4,084 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadiyyatda məşğul əhalinin sayı 4,084 mln. nəfərə çatıb
# 22 noyabr 2010 07:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 342,4 min nəfər olub ki, onlardan 4 083,6 min nəfərini və ya 94%-ni iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-sentyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 363,9 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 855,3 min nəfər, qeyri-dövlət bölməsində 488,7 min nəfər olmaqla orta siyahı sayı isə 1,344 mln. nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 20,2%-i məhsul istehsalı sahələrində, onlardan 2,6%-i mədənçıxarma sənayesində, 5,9%-i emal sənayesində, 2,2%-i elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat sahəsində, 1,6%-i su təchizatı; çirkli suların və tullantıların təmizlənməsi sahəsində, 5%-i tikintidə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,9%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 10%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 5,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,9%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 3,2%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i informasiya və rabitə, 1,5%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,3%-i yaşayışın təşkili və ictimai iaşə, 0,9%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,6%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.

Cari il oktyabr ayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsi tərəfindən Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün 8 166 nəfər əcnəbiyə fərdi icazə verilib, onların 7 732 nəfəri kişi, 434 nəfəri isə qadınlardır. Əcnəbilərin 2 397 nəfəri mədənçıxarma sənayesində, 3 442 nəfəri tikintidə, 540 nəfəri emal sənayesində, 335 nəfəri təhsil sahəsində, 318 nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin və motosikletlərin təmiri sahəsində, 237 nəfəri yaşayışın təşkili və ictimai iaşə sahəsində, 188 nəfəri informasiya və rabitə sahəsində, 136 nəfəri maliyyə və sığorta fəaliyyəti sahəsində, 100 nəfəri nəqliyyat və anbar təsərrüfatı sahəsində, 86 nəfəri peşə, elmi və texniki fəaliyyəti sahəsində, 84 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 72 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində, 44 nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahəsində və 187 nəfəri digər sahələrdə əmək fəaliyyəti ilə məşğul olub.

Bu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 39,1 min nəfər olub və onların 43,6%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub. İşsizliyə görə müavinətin orta məbləği 141,8 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR