Azərbaycanda orta pensiyanın məbləği orta aylıq əmək haqqının 35%-ni təşkil edir
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, oktyabr ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan 1 289,8 min nəfər pensiyaçının 65%-i yaşa görə, 25%-i əlilliyə görə, 10%-i isə ailə başçısının itirilməsinə görə pensiya alıb. Pensiyaçıların ümumi sayından 0,7%-ni cari ilin doqquz ayı ərzində ilk dəfə qeydiyyata alınaraq pensiya təyin olunmuş şəxslər təşkil edib.
Bundan başqa, cari ilin 9 ayı ərzində pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 226,8 mln. manat vəsait yönəldilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 57,2 mln. manat və ya 4,9% çoxdur. Vəsaitin 1 192,3 mln. manatını əhaliyə ödənilən pensiya, 34,5 mln. manatını isə müavinət xərcləri təşkil edib. Müavinətlərin 12,7 mln. manatı hamiləliyə və doğuma görə, 10,1 mln. manatı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 6,5 mln. manatı dəfn üçün, 5,2 mln. manatı isə digər ödəmələrin payına düşüb.
Eyni zamanda, cari ilin oktyabr ayının 1-i vəziyyətinə ölkədə 294,9 min nəfər sosial müavinət alıb. Yaşa görə müavinət alanların sayı 17,5 min nəfər, əlilliyə görə - 95,3 min nəfər, ailə başçısının itirilməsinə görə - 34,5 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 58 min nəfər təşkil edib.
Əmək pensiyasını almaq hüququ olmayan 56,4 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 557 nəfər zərərçəkənlərə, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 803 nəfər qəyyumlarına, eləcə də 10,8 min ailəyə 21 min nəfər uşaq üçün müavinət verilib. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb.
Bundan əlavə, 72,6 min nəfərə, o cümlədən 65,5 min nəfərə uşağın doğulmasına görə, 4,8 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, penitensiar xidmətdən azad olan 823 nəfərə və həyatını itirmiş 1 508 nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan qarşısında göstərdiyi xüsusi xidmətlərə görə 33,5 min nəfər 3,7 mln. manat məbləğində aylıq təqaüd alıb.
Cari il oktyabr ayının 1-i vəziyyətinə ölkədə 128 min ailənin 577,4 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb ki, onların 293,6 min nəfərini qadınlar, 294,7 min nəfərini isə uşaqlar təşkil edib. Ünvanlı dövlət sosial yardımının 1 nəfərə düşən orta aylıq məbləği 23,96 manat təşkil edib.
Sosial
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub
Lənkəranda kanalizasiya şəbəkəsi yenidən qurulacaq, çirkab sutəmizləyici qurğu inşa ediləcək
I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Rauf Əhmədovun qalıqları Goranboyda dəfn edilib - FOTO
Xəbər Lenti
Özəl klinikalarda yoxlama aparılıb, 14 tibb müəssisəsi cərimələnib
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman istefaya göndərilib
Rəqəmsal inkişaf artıq Azərbaycanın iqtisadi modelinin əsas sütunlarından birinə çevrilir - RƏY
Sabunçuda 19 kq marixuana aşkarlanıb - VİDEO
Tural Gəncəliyev: Petra Bayr AŞPA-nın Azərbaycana münasibətdə qərəzli mövqe tutduğunu bir daha təsdiqlədi
Ukrayna Zaporojyedə bazara dron zərbəsi endirib, 5 nəfər ölüb
Azərbaycan nümayəndə heyəti Əli Xameneinin vida mərasimində iştirak etmək üçün Tehrana gəlib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Möysüm Əliyevin qalıqları Füzulidə dəfn olunub
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb
I yarımildə “e-müqavilə” üzrə bağlanan müqavilələrin dəyəri 1 mlrd. manatı ötüb
Şəkidə 5 nəfəri it dişləyib
“Nar” Gəncədə tələbələr üçün marketinq və karyera təlimləri təşkil edib
Bakıda açıq sahədə yanğın başlayıb
Hərbi qulluqçu infarkt nəticəsində vəfat edib
ABŞ İŞİD-ə qarşı əməliyyatdan sonra Nigeriyadan qoşunlarını çıxarıb
Lənkəranda kanalizasiya şəbəkəsi yenidən qurulacaq, çirkab sutəmizləyici qurğu inşa ediləcək
I Qarabağ müharibəsində itkin düşmüş hərbçi Rauf Əhmədovun qalıqları Goranboyda dəfn edilib - FOTO
Fatma Yıldırım: Uğurlar xalqın Prezident İlham Əliyevin liderliyinə inamını daha da möhkəmləndirib
Sabah 36 dərəcə isti olacaq
"TuranBank" Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirib
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Hikmət Hacıyev amerikalı professorla regional məsələləri müzakirə edib
Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Dəyanət Musayevin qalıqları Ucarda dəfn edilib - FOTO
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı olub - VİDEO
Riyad Mahrez Əlcəzair yığmasında karyerasını başa vurub
Tanışının övladını həbsdən azad edəcəyi vədi ilə dələduzluqda ittiham olunan şəxsə hökm oxunub
Alleqri “Napoli”nin baş məşqçisi təyin olunub
Rubinyan spiker seçilsə, Türkiyə üzrə xüsusi nümayəndə vəzifəsini icra etməyəcək
Pezeşkian Paşinyanla görüşüb
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqon buğda göndərilib - FOTO
Ukraynada Kiyevə son hücuma görə Rusiya Baş Qərargah rəisinə qarşı cinayət işi açılıb
Prezident İlham Əliyevə yüksək etimad xalqın dövlət başçısının həyata keçirdiyi siyasətə verdiyi qiymətdir - RƏY
Nikol Paşinyan Rusiyaya səfər edəcək
Əmək və sosial müdafiə sahəsində kommunikasiya üzrə Türkiyə ilə təcrübə mübadiləsi aparılıb
Pakistanda avtobus dərəyə aşıb, 40 nəfər ölüb
Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsilə indiyədək Türkiyəyə ixrac olunan qazın həcmi açıqlanıb
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik ünvanlayıb
Moldovanın Baş naziri istefa verib
Qabiliyyət imtahanlarını müşahidə etmək məqsədilə infotur təşkil olunub - FOTO
Azərbaycanda federasiya rəhbəri daha bir cinayətdə ittiham olunur
Xankəndi və Ağdərədə 110 kV-luq yarımstansiyalar tikilir
İranın müdafiə naziri: ABŞ atəşkəsi pozsa, adekvat cavab veriləcək
Könüllülərə, təcrübə keçən tələbə və şagirdlərə münasibətdə sığorta haqqı ödənilməsi mexanizmi olacaq
Sığorta ödənişinin məbləğinin yuxarı həddi müəyyən edilir
Sığorta ödənişləri peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun ödəniləcək
Xidmətlərin vahid rəqəmsal ekosistemə inteqrasiyası: Yeni model dövlət üçün də, biznes üçün də, vətəndaş üçün da faydalı olacaq - TƏHLİL
Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarını zəbt edib satan 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 30 nəfərə çatıb
Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb