Bank Of Baku

Bir ildə Qəbələyə 30 min 450 turist səfər edib

Bir ildə Qəbələyə 30 min 450 turist səfər edib
# 07 yanvar 2011 18:16 (UTC +04:00)
Qəbələ-Şahnəzər Bəşirov-APA. 2010-cu ildə Qəbələyə 30 min 450 turist səfər edib. Rayon mədəniyyət və turizm şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə turistlərdən 26 min 124-ü yerli, 4326 nəfəri isə xarici vətəndaşdır. Qəbələyə gələn qonaqların 26 min 850-si müxtəlif turizm obyektlərində istirahət edib, 3368-i işgüzar səfərdə olub, 232-si isə sanatoriyada müalicə olunub. Məlumata görə 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə isə ondan iki dəfə çox, yəni 29 min 855 turist səfər etmişdi.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı isə ötən 6 ildə 4 dəfə artaraq 15-ə çatıb. Hazırda rayonda 3 belə obyektin inşası davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR