Bank Of Baku

Rusiyanın Azərbaycandakı səfirliyində uşaqlar üçün yeni il şənliyi keçirilib - FOTO

Rusiyanın Azərbaycandakı səfirliyində uşaqlar üçün yeni il şənliyi keçirilib - <font color=red>FOTO</font>
# 10 yanvar 2011 08:30 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Rusiyanın Azərbaycandakı səfirliyində uşaqlar üçün yolka şənliyi təşkil edilib. APA-nın məlumatına görə, şənlikdə Azərbaycanın Rus İcmasının Mədəniyyət Mərkəzinin artistləri tərəfindən hazırlanmış tamaşa göstərilib, viktorinalar, oyunlar keçirilib.

Hamının sevimli komediyasının qəhrəmanları olan “Trus”, “Balbes” və “Bıvalıy” Şaxta Babanın uşaqlara gətirdiyi hədiyyələri ələ keçirmək üçün yeni «I əməliyyatı» hazırlayıblar. Lakin uşaqlar bu əməliyyatın həyata keçməsinə imkan verməyiblər. Uşaqların sevimli qəhrəmanları Şaxta Baba və Qar Qızının köməyi ilə «I əməliyyatı» baş tutmayıb, uşaqlar şənlənəndən sonra Şaxta Babanın gətirdiyi hədiyyələrə sahib olublar.

Ənənəvi olaraq hər il keçirilən yolka şənliyində 250-dək uşaq iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR