Bank Of Baku

“Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi” adlı kitab nəşr olunub

“Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi” adlı kitab nəşr olunub
# 10 yanvar 2011 09:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin “Seysmoloji və geodinamik tədqiqatlar” şöbəsinin rəhbəri Tahir Məmmədlinin yeni kitabı nəşr olunub. “Azərbaycan ərazisinin zəif seysmikliyi və onun müasir geodinamika ilə əlaqəsi” adlı kitab beş bölmədən ibarətdir. Kitabda Azərbaycan ərazisinin seysmikliyinin öyrənilməsinə həsr olunmuş tədqiqat işlərinin geniş analizi verilib.

Ölkə ərazisində zəif seysmikliyin təzahürü xüsusiyyətlərini araşdıran müəllif onların əsasında seysmiklik törədən zonaların müəyyənləşdirilməsi metodunu hazırlayıb. Kitabda Azərbaycan ərazisinin seysmik təhlükəlilik səviyyəsi yeni məlumatlar əsasında qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR