Bank Of Baku

İranın sifarişi ilə Azərbaycan şairi Nizami Gəncəvi haqqında film çəkiləcək

İranın sifarişi ilə Azərbaycan şairi Nizami Gəncəvi haqqında film çəkiləcək
# 10 yanvar 2011 09:53 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, filmin çəkilişi Azərbaycandan olan gənc rejissor Nigar İmranovaya tapşırılıb. Filmin operatoru Sərxan Musayev, montajçısı Vüqar Əliyev, səs rejissoru Vüsal Həsənov olacaq.
Nigar İmranova APA-ya açıqlamasında bildirib ki, bu yaxınlarda filmin çəkilişləri başlanacaq: “Çəkilişləri yanvar ayının sonuna qədər bitirməyi planlaşdırırıq. Filmdə Nizaminin hansısa coğrafiyaya və millətə aid olması yox, ümumbəşəri şair olması önə çəkiləcək. Nizami Gəncəvinin yazdıqları və ideyaları bu gün də insanların gündəlik həyatlarında yada salınır. Bu, mənim öz ideyamdır və bunu işləyib İranın beynəlxalq Kiş Film Festivalına təqdim edəcəyəm”.
Qeyd edək ki, beynəlxalq Kiş Film Festivalı aprel ayının sonlarında İranın Kiş adasında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR