Azərbaycanda “quş qripi” ilə əlaqədar monitorinq başlayıb

Azərbaycanda “quş qripi” ilə əlaqədar monitorinq başlayıb
# 10 yanvar 2011 11:53 (UTC +04:00)
DBX-dan APA-ya verilən məlumata görə, bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, eləcə də dənizsahili zonalarda həyata keçiriləcək.

Monitorinq Ekologiya və Təbii Sərvətlər, Səhiyyə nazirliklərinin, “Ovçular və balıqçılar” Cəmiyyətinin mütəxəssisləri ilə birgə aparılır. Monitorinq zamanı köçəri və ev quşlarından götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinələrdən keçiriləcək. Nəticələr yanvarın 22-də açıqlanacaq.

DBX əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə onu da çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları mütləq qapalı şəraitdə saxlanılmalıdır. Heyvan və quşlar arasında hər hansı narahatlıq hiss etdikləri anda vətəndaşlar yerli baytarlıq məntəqələrinə, idarələrinə, eləcə də xidmətin “Qaynar xətt”inə (Tel: 563-50-06) müraciət etməyə çağırılıb. Heyvan və quşlarda özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparmaq yolverilməzdir. Eyni zamanda, bütün növ quşların ovlanması, qanunla müəyyən edilməyən yerlərdə və ticarət obyektlərində diri quşların, quş əti və məhsullarının satışı qadağandır.

Hazırda Azərbaycanda epizootik vəziyyət sabitdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR