Bank Of Baku

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini: “Bakı şəhərində vakant müəllim yeri yoxdur”

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini: “Bakı şəhərində vakant müəllim yeri yoxdur”
# 10 yanvar 2011 12:25 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. “Ümumilikdə götürdükdə Bakı şəhərində nə yeni müəllimlərə ehtiyac var, nə də vakant müəllim yeri yoxdur. Yalnız ucqar məktəblərdə bədən tərbiyəsi kimi fənn müəllimi üzrə vakant yerlər var”. Bunu APA-ya açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov deyib. Onun sözlərinə görə, həmin vakant yerlər üçün müraciət edən müəllimlər də yoxdur.

M. Bayramov deyib ki, bədən tərbiyəsi müəllimlərinin çatışmazlığını aradan qaldırmaq üçün dərslərdə sinifləri bölmürlər: “Bədən tərbiyəsində siniflər bölünməlidir. Amma dərslər siniflər bölünməmiş bir müəllim tərəfindən aparılır. Bəzi məktəblərdə ibtidai siniflərdə bədən tərbiyəsini elə sinif müəlliminin özünə veririk. Bədən tərbiyəsi müəllimlərini yuxarı siniflərə veririk. Müəllimlərin çatışmazlığı bu qaydada aradan qaldırılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR