Yaponiya hökuməti Azərbaycana daha 2 qrant layihəsi ayıracaq

Yaponiya hökuməti Azərbaycana  daha 2 qrant layihəsi ayıracaq
# 10 yanvar 2011 14:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. Yaponiya hökumətinin «Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqrammı» çərçivəsində bu həftə 2 layihənin imzalanması keçiriləcək. Yaponiyanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, yanvarın 13-də «Şəkinin Kiş kəndində uşaq bağçasının tikintisi layihəsi», yanvarın 14-də isə «Gəncə Sənət Təhsil Mərkəzinin İnfrastrukturunun Yaxşılaşdırılması layihəsi» qrant sazişlərinin imzalanması mərasimləri keçiriləcək.

Tədbirlərdə Yaponiyanın Azərbaycandakı səfiri Şuşuke Vatanabe iştirak edəcək.

Kiş kəndində həyata keçiriləcək layihənin dəyəri 86,269 ABŞ dolları, Gəncədə reəlizə olunacaq layihənin isə 69,380 ABŞ dollarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR