Bank Of Baku

Azərbaycanda həkimlər üçün ikinci imtahan sabah keçiriləcək

Azərbaycanda həkimlər üçün ikinci imtahan sabah keçiriləcək
# 11 yanvar 2011 07:52 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Səhiyyə Nazirliyi sabah səhiyyə işçilərinin sertifikasiyası məqsədilə ikinci imtahan keçirəcək. Nazirlikdən APA-ya verilən məlumata görə, imtahan anesteziologiya-reanimatologiya və pediatriya ixtisasları üzrə nazirliyin Tibbi Kitabxanasının binasında təşkil olunub.

Sertifikasiya prosesi iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. İlk mərhələdən müvəffəqiyyətlə keçən tibb mütəxəssisləri müsahibəyə dəvət olunur. Üç saat davam edəcək imtahanda 100 sualdan ən azı 60-na düzgün cavab verən həkimlər müsahibəyə buraxılacaqlar.

Qeyd edək ki, ilk imtahan yanvarın 5-də mama-ginekologiya və terapiya ixtisasları üzrə keçirilib. İmtahanda iştirak edən 23 həkimin 92%-i uğurlu nəticələr əldə edib.

Növbəti imtahan yanvarın 19-da oftalmologiya və ümumi cərrahiyyə ixtisasları üzrə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR