Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb

Daşkəsən və Gədəbəy rayonlarına qar yağıb
# 11 yanvar 2011 09:51 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov - APA. Azərbaycan ərazisinə daxil olan soyuq hava kütlələri nəticəsində Daşkəsən və Gədəbəy rayonlarına qar yağmağa başlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, qar yağması nəticəsində dünən Daşkəsən rayonunun əsas avtomobil yolu olan Gəncə - Daşkəsən-Xoşbulaq magistralı bir neçə saat bağlı qalsa da, canlı qüvvə və texnikaların səyi nəticəsində yol qardan təmizlənib və avtomobillərin hərəkəti bərpa edilib.
Gədəbəy rayon Fövqəladə Hallar Komissiyasından APA-nın qərb bürosuna verilən məlumata görə, yanvarın 9-dan başlayaraq Gədəbəy rayonuna yağan qarın qalınlığı rayon mərkəzində 7-10 santimetr təşkil edir. Yollara qum səpdiyindən avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR