Bank Of Baku

Mərkəzi Nəbatat Bağında nadir və nəsli kəsilməkdə olan bitkilərin genefondu yaradılıb

Mərkəzi Nəbatat Bağında nadir və nəsli kəsilməkdə olan bitkilərin genefondu yaradılıb
# 11 yanvar 2011 11:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağında nadir və nəsli kəsilməkdə olan bitkilərin genefondu yaradılıb. Bu barədə APA-ya Mərkəzi Nəbatat Bağının direktoru Oruc İbadlı məlumat verib. Onun sözlərinə görə, genefondda 3 növü “Qırmızı kitab”a daxil edilən 15 minə qədər əkim materialı və 1 kq toxum tədarük olunub.

Hazırda Bağda 3000-ə qədər bitki qorunur. Ötən il Mərkəzi Nəbatat Bağına 15-ə qədər yeni bitki növü gətirilib. Bağın ərazisi abadlaşdırılıb, təhlükəsizliyi təmin etmək üçün kameralar quraşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR