Bank Of Baku

Dövlət Baytarlıq Xidməti quşçuluq müəssisələrinin ciddi iş rejiminə keçməsi üçün baytarlıq idarələrinə və məsul şəxslərə müraciət edib

Dövlət Baytarlıq Xidməti quşçuluq müəssisələrinin ciddi iş rejiminə keçməsi üçün baytarlıq idarələrinə və məsul şəxslərə müraciət edib
# 11 yanvar 2011 13:39 (UTC +04:00)
E. Şahbazlı bildirib ki, quşçuluq müəssisələrinin qapalı iş şəraitində işləməsinə baxmayaraq, onların daha ciddi iş rejiminə keçməsi üçün rayon baytarlıq idarələrinə və digər məsul şəxslərə məktub göndərilib: “Hətta Dövlət Gömrük Komitəsinə də məktub yazaraq xaricdən gələn maşınların dezinfeksiyasını, insanların dezinfeksiya yerindən keçməsini onlardan tələb etmişik”.

E. Şahbazlı deyib ki, “quş qripi” xəstəliyinin ölkəyə daxil olması riskinin qarşısını almaq üçün Azərbaycan ərazisində vəhşi quşların ovu müvəqqəti dayandırılıb: “Həyətyanı sahələrdə saxlanılan quşların da qapalı şəraitdə saxlanılmasına müəyyən qədər əməl edilir”.

“Quş qripi” ilə əlaqədar ölkədəki epizootik vəziyyəti normal qiymətləndirən E. Şahbazlı Azərbaycanda ölmüş heyvan ətlərinin kolbasa sexlərinə verilməsini də düzgün saymayıb: “İnsanlar başa düşməlidir ki, ölmüş heyvan cəmdəyi xəstəlik mənbəyidir. Onun ətini yemək qəti qadağandır. Əgər hansısa insan onu aparıb kolbasa sexinə verirsə, o kolbasa sexi də, əti verən də, alan da ən sərt şəkildə cəzalandırılmalıdır. Bizim elə səlahiyyətimiz yoxdur ki, gedib kolbasa sexlərinə daxil olaq və oranı yoxlayaq. Bu, hüquq-mühafizə orqanlarının işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR