Bank Of Baku

Quba və Qusar rayonlarına yağan qar bir sıra problemlər yaradıb

Quba və Qusar rayonlarına yağan qar bir sıra problemlər yaradıb
# 11 yanvar 2011 14:09 (UTC +04:00)
Quba. Könül Abdullayeva - APA. Azərbaycanın Quba və Qusar rayonlarına yağan qar bir sıra problemlər yaradıb. APA-nın şimal bürosunun məlumatına görə, dağ yolları buz bağlayıb. Xüsusilə Qubanın Qonaqkənd, Söhüb, Buduq kimi ucqar yaşayış məntəqələrinin yollarında hərəkət çətinləşib. Adı çəkilən istiqamətlərdə hərəkət edən marşrutların hərəkəti məhdudlaşıb. Kənd sakinləri bir neçə kilometr məsafəni piyada getmək məcburiyyətində qalıblar. Quba-Xınalıq yolunun buz bağlaması və bəzi yerlərdə torpaq uçqunlarının müşahidə edilməsi ilə əlaqədar 6 saylı Yol İstismarı İdarəsinin briqadaları ərazilərə cəlb olunub.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-ya verilən məlumata görə, bölgəyə 10-12 sm qalınlığında qar düşüb. Havanın temperaturu isə əvvəlki günlərlə müqayisədə 7-10 dərəcə enib. Hazırda qarın yağması səngiyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR