Bank Of Baku

2011-2012 tədris ilindən Bakının orta məktəblərində bütün sinifləri əhatə etməklə iki formada vahid məktəbli geyimi tətbiq ediləcək - FOTOSESSİYA

2011-2012 tədris ilindən Bakının orta məktəblərində bütün sinifləri əhatə etməklə iki formada vahid məktəbli geyimi tətbiq ediləcək - <font color=red>FOTOSESSİYA</font>
# 12 yanvar 2011 09:20 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Bakı şəhər üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, I-VI sinif şagirdlərinin vahid məktəbli geyimi bir cür, VII-XI sinif şagirdlərinin geyimi isə başqa cür olacaq. Z. Əliqızı qeyd edib ki, vahid məktəbi formasına seçim prosesində valideyn-müəllim assosiasiyaları da iştirak edib. Sektor müdiri deyib ki, gələn ildən 300 mindən çox şagird orta məktəblərə vahid məktəbli formasında gələcək.

Valideyn Müəllim Assosiasiyasının vitse-prezidenti Təranə Şərifova isə bildirib ki, seçim üçün bir neçə geyim modeli təqdim olunub, onlardan yalnız biri seçilib. Bu geyimlər Bakı Tikiş Fabriki tərəfindən hazırlanacaq. Geyimlərin qiyməti təxmin 50-55 manat olacaq.
Onun sözlərinə görə, bir ailədə bir neçə məktəbli olduğu halda geyimlərin qiymətində güzəşt ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR