Bank Of Baku

UNESCO ekspertləri yanvarın sonunda Azərbaycana gələcəklər

UNESCO ekspertləri yanvarın sonunda Azərbaycana gələcəklər
# 12 yanvar 2011 09:51 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Elm sahəsində islahatların aparılmasına kömək edəcək UNESCO ekspertləri yanvarın 20-dən sonra Azərbaycana gələcək. APA-nın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, səfər zamanı UNESCO ekspertləri Azərbaycanda elmin strukturunun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verəcəklər.

Qeyd edək ki, Yaponiya hökumətinin yardımı ilə elmin inkişafı sahəsində həyata keçirilən islahatlara dair UNESCO ilə Azərbaycan arasında müqavilə imzalanıb. Bu sənəd əsasında Yaponiyanın “İnam” Fondu UNESCO ekspertlərinin Azərbaycanın elmi müəssisələrində islahatların davam etdirilməsi ilə bağlı işlərini tamamlaması üçün maliyyə vəsaiti ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR