Bank Of Baku

Azərbaycanda qeydiyyatda olan sığorta edənlərin təqribən 40%-nin hesabına sərəncam qoyulub

Azərbaycanda qeydiyyatda olan sığorta edənlərin təqribən 40%-nin hesabına sərəncam qoyulub
# 12 yanvar 2011 15:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İri Sığortaedənlərlə İş üzrə Departamentində qeydiyyatda olan sığorta edənlərin təqribən 40%-nin hesablarına ötən ilin dekabrında sərəncam qoyulub.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında DSMF sədri Səlim Müslümov deyib.

Fond sədri dbildirib ki, həmin tədbirlərin, eyni zamanda məhkəmələrlə iş hesabına ötən ilə nisbətən bu il 12,8%, başqa sözlə, 80 mln. manat artıq məcburi dövlət sosial sığorta haqqı toplaya biliblər.

Bu tədbirlərin davam etdiriləcəyini söyləyən S.Müslümov köhnədən hesablanmış borcların geri alınması istiqamətində də ciddi iş aparıldığını əlavə edib. O qeyd edib ki, bu borcların böyük hissəsi 2003-cü ilə qədər toplananlardır. Hazırda bu borcların qaytarılması istiqamətində addımlar atılır, əksər şirkətlər artıq borclarını sıfıra yaxınlaşdırırlar. “Azərsu” Səhmdar Cəmiyyəti və “Azərneftkimyamaş” Səhmdar Cəmiyyətinin 2003-cü ilə qədərki borcunun müəyyən qədər ödənilməmiş hissəsi qalıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən isə son 2-3 ərzində DSMF-ya 8 mln. manatdan çox borc yaranıb: “Özəl sektora gəldikdə, bu sahədə demək olar ki, cari borclar yaranmır, keçmiş borclar isə çox aşağı səviyyədədir. Həmin müəssisələr də vaxtilə özəlləşdirilməyə verilmiş müəssisələr olub. Biz onların çoxunu məhkəmələrə vermişik. Hazırda Ədliyyə Nazirliyinin məhkəmə icraçıları ilə çox sıx işləyirik. Məhkəmələr 11 mln. manata yaxın borcun ödənilməsi ilə bağlı qərar verib”.

S.Müslümov onu da bildirib ki, DSMF bütün pensiyaçıların pensiyalarını vaxtında ödəməli olduğu üçün müəssisələr də hesablanmış sosial sığorta haqlarını fonda vaxtında ödəməyə borcludurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR