Bank Of Baku

CEİBC üzvləri DSMF sədri Səlim Müslümovla görüşüblər

CEİBC üzvləri DSMF sədri Səlim Müslümovla görüşüblər
# 12 yanvar 2011 15:19 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEİBC) üzvləri Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovla görüşüblər.

APA-nın məlumatına görə, klubun prezidenti Telman Əliyev bildirib ki, ilk olaraq 16 şirkətin üzv olduğu bu qurum öz fəaliyyətini genişləndirib. Kluba hazırda 50 ölkəni təmsil edən 500 şirkət üzvdür.

Bu ilin onlar üçün çox əhəmiyyətli olduğunu deyən Telman Əliyev qeyd edib ki, cari ildə CEİBC-nin təşkilatçılığı ilə iki böyük tədbir keçiriləcək. İlk tədbir bu ilin aprelində Bakıda I Xəzər Avropa Biznes Forumu olacaq. Forum çərçivəsində MDB və Avropa İttifaqı ölkələrinin rəsmi şəxslərinin, transmilli və milli dövlət, özəl şirkətlərinin məruzələri dinləniləcək. Noyabrda isə Brüsseldə I Xəzər-Avropa Enerji Forumu keçiriləcək.

Daha sonra DSMF sədri Səlim Müslümov Azərbaycanda sosial sığorta sistemində baş verən dəyişikliklər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR