Bank Of Baku

Azay Quliyev Çin səfiri ilə görüşüb

Azay Quliyev Çin səfiri ilə görüşüb
# 12 yanvar 2011 15:56 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü Azay Quliyev Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Zan Yannianla görüşüb. Şuradan APA-ya verilən məlumata görə, səfir Çində ictimai sektorun inkişaf tarixi və perspektivləri haqqında danışaraq bildirib ki, ölkəsində rəsmi qeydiyyatdan keçmiş 260.000 QHT fəaliyyət göstərir. Azərbaycanda QHT qanunvericiliyi, QHT-hökumət münasibətlərinin tənzimlənməsi və QHT-lərin dövlət büdcəsindən maliyyələşdirilməsi təcrübəsi ilə bağlı məlumatların onun üçün əhəmiyyətli olduğunu söyləyən qonaq bu yöndə fikir mübadiləsi aparılmasının vacibliyini vurğulayıb.

A. Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasını bir neçə mərhələdən ibarət böyük bir prosesin nəticəsi kimi qiymətləndirib. O, ölkədə QHT qanunvericiliyi paketinin formalaşdırıldığını, son illər QHT-lərin büdcədən maliyyələşdirilməsi nəticəsində ictimai fəaliyyətdə mühüm irəliləyişlərin olduğunu diplomatın diqqətinə çatdırıb. A. Quliyev rəhbərlik etdiyi qurumun Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və diplomatik korpusun təmsilçiləri ilə əməkdaşlıq əlaqələrini də yüksək qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR