Bank Of Baku

Bu il Azərbaycanda səkkiz təhsil müəssisəsinin lisenziya müddəti başa çatır

Bu il Azərbaycanda səkkiz təhsil müəssisəsinin lisenziya müddəti başa çatır
# 13 yanvar 2011 11:10 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Bu il Azərbaycanda səkkiz təhsil müəssisəsinin lisenziya müddəti başa çatır. Bu barədə APA-ya Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev məlumat verib. O deyib ki, həmin müəssislərin beşi ali məktəbdir.

Lisenziya müddət başa çatan müəssisələr Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Qərb Universiteti, Naxçıvan Özəl Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində uşaq bağçası və orta məktəbdir.

H. Zərbəliyev bildirib ki, artıq “XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində uşaq bağçası və Qərb Universitetinin lisenziya müddətinin uzadılması məsələsini araşdırmağa başlayıblar. Naxçıvan Özəl Universiteti isə lisenziya müddətini uzatmaq üçün Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə müraciət etməlidir.

H. Zərbəliyevin sözlərinə görə, lisenziya müddəti bitən təhsil müəssisələri onun yenidən uzadılması üçün nazirliyə müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR