Bank Of Baku

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlər üçün yazılı imtahan keçirilib

Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlər üçün yazılı imtahan keçirilib
# 21 iyul 2011 15:40 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyənlər üçün yazılı imtahan keçirilib. Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 2011-ci ildə 100 ştat vahidi üzrə növbəti 10-cu müsabiqə elan edilib. İşə qəbulla bağlı müraciət etməklə müsabiqənin test imtahanından ibarət birinci mərhələsində iştirak edən 454 namizəddən 302 nəfəri (onlardan 27-si qadındır) keçid balı toplayaraq, ikinci mərhələ olan yazılı imtahanda iştirak etmək hüququ qazanıblar. İkinci mərhələyə keçən namizədlərin əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır.
Qeyd olunub ki, bu gün keçirilən yazılı imtahan mərhələsində şəffaflığın təmin edilməsi və ictimai nəzarətin həyata keçirilməsi məqsədilə bir sıra dövlət orqanlarının, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Yazılı imtahan mərhələsində iştirak edən 292 namizədin cavabları xüsusi olaraq müəyyən edilmiş müvafiq ekspertlər tərəfindən yoxlanılmaqla, keçid balı toplayan şəxslər Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində tibbi müayinədən keçib müsbət rəylər alındıqdan sonra onların müsabiqənin üçüncü müsahibə mərhələsinə buraxılması təmin ediləcək.
Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət qazanmış namizədlərin siyahısı Baş Prokurorluğun saytında və qəbul otağında asılmış lövhədə yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR