Bank Of Baku

2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı Dövlət Komissiyasının növbəti iclası keçirilib

2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiyanın hazırlanması ilə bağlı Dövlət Komissiyasının növbəti iclası keçirilib
# 21 iyul 2011 16:25 (UTC +04:00)
APA-nın “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, əvvəlcə İşçi qrupunun tərkibi müzakirəyə çıxarılıb və müəyyən dəyişikliklərlə namizədlər təsdiq olunub.

İclasın gündəliyinə “2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya”nın hazırlanmasını təmin etmək üçün müvafiq tədbirlərin müzakirəsi, Milli Strategiyanın hazırlanması metodologiyasının və “yol xəritəsi”nin təsdiq olunması, habelə müxtəlif təhsil sistemlərində aparılan islahatlara dair beynəlxalq tədqiqatın nəticələrinin təqdimatı məsələləri daxil edilib.

Azərbaycanda təhsilin inkişaf strategiyasının hazırlanması metodologiyasına dair təqdim edilmiş təkliflərə baxılıb və geniş fikir mübadiləsindən sonra metodologiya qəbul edilib.

Metodologiyaya əsasən, beynəlxalq təcrübəyə uyğun olaraq müasir təhsil standartları müəyyən edilməklə təhsilin cari vəziyyəti təhlil olunacaq və bunun əsasında Milli strategiyanın əsas istiqamətlərini əks etdirən konsepsiya hazırlanacaq. Konsepsiya təhsilin inkişafı üzrə strateji fəaliyyət hədəflərini, müvafiq alt proqramları və layihələri özündə birləşdirən 2012-2021-ci illərdə Təhsil sahəsində islahatlar proqramının hazırlanmasını, illik tədbirlərin və bunların reallaşdırılmasına məsul olan dövlət qurumlarının müəyyənləşdirilməsini, eləcə də alt proqramların və konkret layihələrin təsdiq edilməsini nəzərdə tutur.

İclasda Komissiya tərəfindən müxtəlif təhsil sistemlərində islahatlar üzrə beynəlxalq tədqiqatın nəticələrinin təqdimatı da dinlənildi və müzakirələr aparılıb.

Komissiya beynəlxalq ekspertlərin layihəyə cəlbolunma qrafiklərinə də baxıb və İşçi qrupuna strategiya layihəsinin hazırlanması ilə bağlı tapşırıqlar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR