Bank Of Baku

Bu ilin I yarısında Azərbaycanda istehsalatda 128 bədbəxt hadisə baş verib, 53 nəfər dünyasını dəyişib

Bu ilin I yarısında Azərbaycanda istehsalatda 128 bədbəxt hadisə baş verib, 53 nəfər dünyasını dəyişib
# 22 iyul 2011 07:59 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Hazırda Azərbaycanda əmək müqaviləsi ilə təsdiqlənməmiş əmək münasibətləri mövcuddur ki, bu da kifayət qədər sosial fəsadlara yol açır. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

Nazir bu sahədəki problemləri aradan qaldırmaq üçün nəzarət mexanizminin gücləndiriləcəyini vurğulayıb: “Bu ilin I yarısında 770-ə yaxın əmək müqaviləsi bərpa olunub. Bu, kifayət qədər az rəqəmdir. Ümidvarıq ki, növbəti yarımildə bu göstərici kifayət qədər yüksək olacaq”.

F.Ələkbərov qeyd edib ki, cari ilin 6 ayında 2030 müəssisədə əmək qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti həyata keçirilib: “5401 halda əmək qanunvericiliyinin tələblərinin pozulduğu aşkarlanıb. İşəgötürənlərə 245 350 manat məbləğində cərimə tətbiq edilib. Təəssüf ki, əmək prosesi zamanı bədbəxt hadisələrin də sayı artıb. İstehsalatda 128 bədbəxt hadisə qeydə alınıb, bu hadisələr nəticəsində 53 nəfər dünyasını dəyişib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR