Bank Of Baku

Azərbaycanda əlillər üçün yeni tipli müəssisələr inşa olunacaq

Azərbaycanda əlillər üçün yeni tipli müəssisələr inşa olunacaq
# 22 iyul 2011 08:02 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA-Economics. Yaxın günlərdə əlillərin cəmiyyətə fəal inteqrasiyasının təmin olunması məqsədilə Azərbaycanda yeni tipli müəssisələrin inşasına başlanacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov nazirliyin 2011-ci ilin I yarımilinin yekunlarına dair keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ölkədə Gözdən əlillər üçün Tədris-Bərpa Mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün sosial sığınacaqlar və Tibbi-Sosial Reabilitasiya Mərkəzləri tikiləcək.

Nazir qeyd edib ki, əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədilə ölkə üzrə lazımi məlumatları özündə əks etdirən vahid məlumat bazasının yaradılması işləri də davam etdirilir: “Bu məqsədlə sorğu anketi hazırlanıb və xüsusi kompyuter proqramı yazılaraq şəbəkəyə qoşulub. İndiyədək bazada 140 min nəfərə yaxın əlil haqqında məlumat toplanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR