Bank Of Baku

Bu gündən Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır

Bu gündən Azərbaycanda ali məktəblərə ixtisas seçimi başlayır
# 22 iyul 2011 08:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ixtisas seçimi iyulun 24-də başlamalı olsa da, internetdə problem yaranması səbəbindən və bakalavrlar öz ixtisaslarını seçsinlər deyə ixtisas seçimi elan olunduğu vaxtdan iki gün öncə - bu gün saat 14.00-dan başlanacaq və internet vasitəsi ilə avqustun 2-i saat 11.00-dək aparılacaq.

M. Abbaszadə qeyd edib ki, II ixtisas qrupu üzrə bu gün imtahan verən abituriyentlər həmin qrup üzrə imtahanın nəticələri elan olunduqdan sonra iyulun 24-dən etibarən ixtisas seçimi edə biləcəklər. IV ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən ixtisaslarını keçmiş abituriyentlər qabiliyyət imtahanlarının nəticələri elan olunandan sonra iyulun 28-dən etibarən ixtisas seçimi edəcəklər.

M. Abbaszadə edib ki, açıq apellyasiya ilə bağlı müraciət edən abituriyentlərin qeydiyyatı iyulun 26 və 27-də TQDK-da aparılacaq. Həmin abituriyentlərin cavab kartlarının qrafik təsvirləri iyulun 27-də saat 14.00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilməyə başlanacaq. Kartın qrafik təsvirinə baxmaq üçün abituriyentlər test imtahanın nəticələri bölməsində öz səhifələrinə daxil olmalıdırlar. Bundan sonra onların hər hansı sualı qalarsa, iyulun 28-də TQDK-da keçiriləcək açıq apellyasiya da əyani olaraq iştirak edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR