Bank Of Baku

Azərbaycanda rezidenturaya sənəd qəbulu avqustun 10-dan sonra başlayacaq

Azərbaycanda rezidenturaya sənəd qəbulu avqustun 10-dan sonra başlayacaq
# 22 iyul 2011 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda rezidenturaya sənəd qəbulu avqustun 10-dan sonra başlayacaq. APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, rezidenturaya qəbul imtahanı sentyabr ayında keçiriləcək: “Bu il rezidenturaya sənəd vermək istəyən oğlanların bu imkanı əldə edə bilməsi üçün Müdafiə Nazirliyinə müraciət olundu və onlara bir çağırış möhlət verildi. Bu il rezidenturaya qəbul sentyabr ayında keçiriləcək. Gələn il isə rezidenturaya qəbul imtahanı iyul ayının 1-dək aparılacaq. Qəbul olmayan məzunlar təbii ki, hərbi qulluğa çağırılacaqlar. Amma bu ilin məzunları hərbi xidmətə iyul çağırışında yox, oktyabr çağırışında çağırılacaqlar”.

Qeyd edək ki, Azərbaycanda rezidenturaya sənəd qəbulu ilk dəfə keçiriləcək.
Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR