Bank Of Baku

Balakəndə “Gənclər evi” istifadəyə verilib

Balakəndə “Gənclər evi” istifadəyə verilib
# 02 sentyabr 2011 12:29 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə “Gənclər evi” istifadəyə verilib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən RİH-dən məlumat verilib. Bu gün Balakən rayonunda inşasına 2008-ci ildə başlanılmış “Gənclər evi”nin açılış mərasimi keçirilib. Mərasimində Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Rəbiyyət Aslanova və Ceyhun Osmanlı, BMT-nin proqram rəhbəri Məzahir Əfəndiyev, bir sıra rəsmi şəxslər və qonaqlar iştirak edib.

Açılış mərasimində çıxış edənlər Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək belə sosial xidmət şəbəkələrinin gənclərin həyatındakı rolundan danışıblar. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, Balakən “Gənclər Evi” Nazirlər Kabinetinin sərəncamı və Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilib. Tikinti üçün Balakən rayon İcra Hakimiyyəti tərəfindən rayonun Heydər Əliyev prospektində 0,22 ha torpaq sahəsi ayrılıb. İkimərtəbəli “Gənclər evi”ndə kafe, mədəni kütləvi tədbirlər və asudə vaxtın təşkili otağı, internet klub, stolüstü oyunlar otağı, trenajor zalı, duş otaqları, soyunub-geyinmə otaqları, gənclərin vətənpərvərlik tərbiyəsi üçün otaq, treninqlər üçün otaq, kitabxana, 45 nəfərlik konfrans zalı və digər otaqlar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR