Bank Of Baku

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyatdan keçmə müddəti açıqlanıb

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyatdan keçmə müddəti açıqlanıb
# 02 sentyabr 2011 15:17 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər sentyabrın 6-dan 14-dək (şənbə və bazar günləri istisna olmaqla) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

Qeyd edək ki, bu il orta ixtisas təhsili müəssisələrinə 9227 nəfər qəbul olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR