Bank Of Baku

Hazırda Azərbaycanda 112 892 uşağın tərbiyə olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir

Hazırda Azərbaycanda 112 892 uşağın tərbiyə olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir
# 03 sentyabr 2011 08:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Hazırda Azərbaycanda 112 892 uşağın tərbiyə olunduğu 1638 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2009-cu ildən indiyə qədər Azərbaycanda 23 məktəbəqədər təhsil müəssisəsi tikilib, 3 uşaq bağçası əsaslı təmir olunub, bağçalarda uşaqların sayı 9265 nəfər artıb. APA-nın məlumatına görə, bu barədə Təhsil İşçilərinin Respublika Konfransında bildirilib.

Hazırda ölkə üzrə uşaqların 17,6 faizi məktəbəqədər təhsil müəssisələrinə gedir. Bakı üzrə 2009-cu ildə 31 min 102 uşaq məktəbəqədər təhsil müəssisələrində tərbiyə olunurdusa, 2010-cu ildə bu rəqəm 34 min 369 nəfər təşkil edib. 2011-ci ildə Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində 9646 nəfəri əhatə edən 370 məktəbəqədər hazırlıq qrupu fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR